2024-cü ildə sənaye zonaları əhalinin məşğulluq səviyyəsinin artırılmasında, yeni növ məhsulların istehsal edilməsində və ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayıb.

TEZADLAR.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin 2024-cü ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən il Agentliyin idarəçiliyində olan sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə tərəfindən ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradılıb.

"Bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır",- S.Adıgözəlov qeyd edib.

O əlavə edib ki, sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb.

"Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur",- S.Adıgözəlov qeyd edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN