Rusiya kəşfiyyatçıları Qara dənizdə Dnepr estuariyası ərazisində partlayıcılarla dolu ukraynalı yaraqlıların pilotsuz katerini məhv ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yayımlanan görüntülərdə yaraqlıların motorlu qayığının sözün əsl mənasında parça-parça olduğu görünür.

“Dnepr qüvvələri qrupunun kəşfiyyat qüvvələri Ukrayna Silahlı Qüvvələrinin uzaqdan idarəetmə üçün təchiz edilmiş və partlayıcı ilə doldurulmuş katerinin hərəkətini qeydə alıblar”, - deyə idarədən aydınlıq gətirilib.

“İzvestiya”nın mənbəsi qeyd edib ki, qayıq çox yavaş hərəkət edirdi və yaraqlıların nəyə arxalandığı məlum deyil, çünki bu ərazidə vəziyyət gecə-gündüz nəzarətdə saxlanılır.

"Vəziyyət 24/7 nəzarətdədir, ona görə də qayıq aşkarlanan kimi onu qarşılamaq üçün pilotsuz təyyarələr göndərilib", - o deyib.

Müdafiə Nazirliyi əlavə edib ki, birinci dron su gəmisini hərəkətsizləşdirib, ikinci zərbə isə onu tamamilə məhv edib.

Bundan əvvəl Rusiya hərbçilərinin fevralın 1-də Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz katerini də məhv etdiyi bildirilirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN