Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin tutulub...

Tezadlar.az "Riza Novosti"yə istinadla bildirir ki, hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib ki, generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb. Nəticələrə əsasən, V.Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb. İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır. Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov həbs ediliblər. Onlar xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Xatırladaq ki, 2020-ci ildə Baş Qərargah rəisinin sabiq müavini Xəlil Arslanov da silahlı qüvvələrə texnikanın tədarükündə dələduzluq və korrupsiya faktları ilə bağlı həbs edilib. O, dələduzluqda və rüşvət almaqda ittiham olunub. 

Ukrayna ilə müharibənin başlanılmasından bəri Rusiya Müdafiə Nazirliyində bir neçə yüksək vəzifəli şəxs həbs edilib. Maraqlıdır ki, onların hamısı dələduzluq və korrupsiya faktı üzrə saxlanılıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN