Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media subyektləri üçün “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan edib.

Tezadlar.az xatırladır ki, Medianın İnkişafı Agentliyi bu barədə məlumat yayıb. Bildirilib ki, müsabiqənin təşkilində məqsəd yerli onlayn media subyektlərinin fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqinin təşviqi, veb-sayt və sosial media səhifələri üzərindən aparılan kampaniyaların, müvafiq istiqamətdə həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin medianın göstərilən istiqamətlərdə aktivliyinin artırılmasıdır.

Müsabiqədə müəyyən edilmiş istiqamətlər üzrə yüksək nəticə göstərən onlayn media subyektləri Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü ərəfəsində “Green certificate” ilə təltif olunacaqlar. 

 Müsabiqədə iştirak etmək üçün onlayn media subyektləri tərəfindən müvafiq məlumatların əks olunduğu müraciət forması doldurularaq This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim olunmalıdır.

Müsabiqəyə müraciət qəbulu 2024-cü il iyul 10-da saat 18:00-dək davam edəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN