...Ordumuzun Zəfər qələbəsindən sonra təslim olan Ermənistan hakimiyyəti və bu qondarma ölkənin hərbi rəhbərliyi ipə-sapa yatmırdı. Çünki onlar hələ də Rusiyanın onların nazı ilə oynayacağına inanırdılar... Amma elə olmadı və onlar təslimçilik aktına imza atandan sonra belə Azərbaycana kinayəli baxışla hücum etmək istədilər. Və özləri qazan quyuya da özləri düşdülər... Belə ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra əsir götürülən 62 nəfər erməni hərbçilərinin işi ilə bağlı Bakıda keçirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandıran erməni əsgərləri yekdilliklə bir nəfərin - polkovnik-leytenant Arsen Qazaryanın adını təkrar edirdilər. Məhz onun əmri ilə erməni hərbçilər Xocavənd rayonu ərazisinə daxil olaraq üçtərəfli Moskva müqaviləsini pozmuş və terrorçu kimi həbs edilmişdilər. Ermənistan İstintaq Komitəsi polkovnik -leytenant Arsen Qazaryanı erməni əsgərlərinin Azərbaycan tərəfindən əsir götürülməsində günahlandırdı. Dünən polkovnik -leytenant həbs edildi. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qaldı Xocalının qatilləri. Onların da tezliklə Azərbaycandə məhkəmə qarşısına çıxarılmasına az qalıb...
A.Məmmədli