Daxili İşlər Nazirliyinin idarə rəisi Elşad Hacıyev az qala hər gün yazır ki... "...Düşüncə dəyişməlidir. Təhlükə var və heç kim kiber təhlükədən sığortalanmayıb. Məxfilik yemək və nəfəs almaq kimi həyatın əsas tələblərindən biridir. Ancaq buna əməl etməyən 21 vətəndaşımızın mayın 31-də bank kartı məlumatları aldadılıb alınmaqla - 10500, 10245, 4200, 2200, 1880, 1500, 1000, 927, 900, 900, 820, 730, 550, 544, 520, 450, 220, 100, 96, 44, 30 manat pulu oğurlanıb.
Vətəndaş satışa qoyduğu əşyanı almaq üçün Qazaxıstan nömrəsindən zəng edən naməlum şəxsə bank kartı məlumatlarını verməklə 10500 manatını oğurlatdırıb. Naməlum şəxs ona da söz verib ki, beh göndərir, həmin əşyanı gəlib götürəcəklər.
Başqa bir vətəndaş isə 10245 manat pulu investisiya adı ilə kriptovalyuta oyununda naməlum hesablara köçürüb. Ona da söz veriblər ki, hər saatdan bir qoyduğunuz məbləğ 10-20-30 faiz artacaqdır...".
Yaxşı aldadanı başa düşdük, bəs aldadılanları görən. Aldananlara nə olub? Niyə tövbə və ya dərs olmur??.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN