Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək. Keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Bəyanatda həmçinin bildirilib ki, görüşlərdə aktual, regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN