Samara şəhərində terrorçu ermənilərə abidə ucaldıldı-Polad Bülbüloğlunun isə xəbəri yoxdur…

Rusiya mətbuatının səhifələrində hələ də Haykanuşa və Aşota məhəbət ruhlu, Yerevan konyakının iyi gələn… yazılara rast gəlmək mümkündür. Məsələn, bu gün məlum olur ki, ermənilər Rusiyanın Samara şəhərində "Artsax müharibəsində həlak olanlara əbədi xatirə" adlı memorial -abidə ucaldıblar. Bu barədə «Vestnik Samara» portalı məlumat yayıb. Amma sağ olsunlar, Samarada yaşayan azərbaycanlıların fəallığı sayəsində bu qondarma abidəyə qəti etirazlar edilib.

Təbii ki, bu açıq təxribatdır! Ermənilər ötən il Gürsüstanda da faşistlərə satqınçılıq etmiş, Xocalı qatili Serj Sarkisyanın babası Qareginin heykəlini ucaltmaqla bu ölkə ilə Azərbaycanın arasına soyuqluq gətirmək istəmişdilər. Samarada yaşayan soydaşlarımızın şəhər rəhbərliyinə etirazlı məktubuna gələn rəsmi cavabda isə deyilib ki, bu abidəni guya hansısa şəxsi bir adam, məsələn, Haykanuşun keçmiş əri… qoyub və dövlətin ona qarışmağa ixtiyarı yoxdur.

Ermənifason cavab və mövqe. Onda, gəlin biz də Bakının mərkəzində Rusiyaya qarşı döyüşmüş Çeçen komandirləri- rəhmətlik Cövhər Dudayevin, Şamil Basayevin…, həmçinin Rusiyanı düşmən elan etmiş Ukrayna, Gürsüstan siyasilərinin və Moskvada teatrda yüzlərlə rusları girov götürmüş çeçen mücahidlərinin lap böyük heykəlini  qoyaq… Və deyək ki, İvan qardaş, and olsun Paşinyanın və Lavrovun müqəddəs canına, o adam sahibkardır, məcburi köçkündür, didərgindir, bu mücahidləri sevir və öz pulunu xərcləyib, dövlətin ona söz deməyə nə ixtiyarı var ki?! Məncə, bu Rusiyanın çox xoşuna gələcək!

Deputat Razi Nurullayev isə məsələ ilə bağlı maraqlı təkliflə çıxış edib: «Mən Rusiya rəsmilərinə səslənirəm, bu cür addım atsaq xoşunuza gələrmi?  Azərbaycanın Rusiyadakı səfirliyinə, Diaspora Komitəsinə səslənirəm, bununla bağlı rəsmi və açıq şəkildə Rusiya hakimiyyətinə etirazınızı bildirməlisiniz. Mən Milli Məclisin deputatı kimi, kəskin etirazımı bildirir və Rusiya tərəfindən o yaramaz abidənin götürülməsini tələb edirəm…».

Bəli, əks halda, Bakıda, Şəkidə, Ağdamda, Şuşada Rusiyanı cinayətkar adlandıran və Rusiyaya qarşı döyüşüb həlak olan mücahidlərin də xatirəsini əbədiləşdirən abidələr ucaltmağa məcburuq,  çünki…

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN