Tezadlar.az saytının iki gün əvvəlki buraxılışında Abşeron rayonunun həm Xırdalan şəhərində, həm də rayonun bir sıra kənd və qəsəbələrində məişət tullantıları ilə bağlı problemlərə toxunulmuşdu...
"Təzadlar"a müraciət edən tanınmış jurnalist-ekspert, Qarabağ Müharibəsi Veteranı Tahir Paşa bu sahədə olan problemlərdən söhbət açmışdı. Məlum olurdu ki, bir ay əvvəl Abşeron Rayon Abadlıq və Kommunal Xidmətləri İdarəsinin keçmiş sədri işdən çıxarılıb və onu hazırda Mehman Səfərov əvəz edir. Lakin nə səbəbdənsə məişət tullantılarının olduğu məntəqələrdə vəziyyəti acınacaqlı həddə gəlib çatıb.
Tahir Paşa bu məlumatın ictimailəşdirilməsindən sonra tezliklə tədbirlər görüləcəyinə ümididvar olduğunu qeyd etmişdi.
Bu gün "Təzadlar"a zəng edən araşdırmaçı-jurnalist Tahir Paşa bunları bildirdi: "...Açığı, Aşeron rayonunun icra başçısı Abdin Fərzəliyevin məsələyə bu qədər diqqət ayıracağına inanırdım, amma problemin belə operativ şəkildə həllini gözləmirdim. Başçının vətəndaş məmnunluğuna köklənmiş fəaliyyəti bu dəfə də özünü gözstərdi. Və "Təzadlar"da yayımlanan bu məlumatdan dərhal sonra bütün ərazilərə xidmət işçiləri cəlb olundu, məişət tullantıları dərhal yığışdırıldı. Şəxsən öz adımdan, qeyd olunan problemdən narahat sakinlərin adından rayonun icra başçısına dərin minnətdarlığımızı çatdırmağınızı xahiş edirəm. Yaxşı iş, səmərəli fəaliyyət başqalarına da örnəkdir və bu nümunəni təbliğ etmək lazımdır...".
Yasəmən MƏMMƏDLİ