Polkovnik Seymur Qurbanov öz işçisindən aldadıb aldığı pulu qaytarmamaq üçün hələki yalanlarını işə salıb, məsələı ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Mürsəl İbrahimova müraciət edildi…
Ötən həfətə redaksiyamızda olan Şuşa Hərbi Komissarlığının üç əməkdaşı başlarına gələn hadisəni danışdılar. Məlum oldu ki, zərərçəkmişləri oyuna salan elə öz rəisləridir, yəni Şuşa rayon Hərbi Komissarlığının rəisi, polkovnik Seymur Qurbanovdur.
Zərərçəkmişlər şikayət ərizələrinə rəisin onlardan hansı məqsədə və nə qədər məbləğdə pul almasını sübut edən maddi sübutlarını da əlavə etmişlər.
Biz media olaraq bəzi məsələləri ictimailəşdirməzdən əvvəl zərərçəkmişlərə səbrli olmağı və qarşı tərəfin, yəni hərbi komissarın-rəisin də mövqeyini öyrənməyə borclu olduğumuzu bildirdik. Razılaşdılar.
Beləliklə, əvvəlcə Seymur Qurbanova zəng etdik. İş yerindən bildirdilər ki, rəis məzuniyyətdədir… Sonra onun mobil telefonuna zəng vurduq. Məlum oldu ki, o, telefonuna xüsusi proqram yüklədib və zəngi özü görür, amma tanımadığı növmrə olduğundan cavab vermir. Məcburən onun vatsapına media sorğusu göndərdik… Az keçmiş bizə yox, özünün işçisi olan şikayətçilərdən birinə zəng vurub, məsələdən xəbərdar olduğunu danışıb və xahiş edib ki, aldığı 5 min manatı bir-iki günə qaytaracaq, digər problemləri də həll edəcək.
(Şəkildə: Seymur Qurbanov)
Biz şikayətçilərə də izah etdik ki, redaksiya «Media haqqında» qanunun tələblərinə görə rəisi, yəni aldadıb pul almış rəisi həmin pulu qaytarmağa məcbur edə bilməz. Amma problem həllini tapmazsa, biz şikayət ərizəsini aidiyyəti hüquq mühafizə orqanlarına və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərə bilərik. ***
Təbii ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Mürsəl İbrahimova dərin hörmət və sayğımız da imkan verə bilməz ki, belə bir şikayətdən media gündəmi yaradaq, qalmaqala rəvac verək. Odur ki, şikayətçilərin də adını ictimailəşdirmədən Seymur Qurbanovun yaxınlarına, ətrafına bu barədə məlumat verməklə kifayətləndik. Lakin özü deyil, dostları bizimlə əlaqə saxlayıb problemin dərhal həll ediləcəyini bildirdilər.
Lakin Seymur Qurbanov indi də redaksiyanı aldadır deyə, biz məcbur olduq məsələni qismən də olsa ictimailəşdirək.
***
Bu gün məlumat aldıq ki, polkovnik Seymur Qurbanlovla bağlı şikayətlər çox olduğundan onun barəsində Baş Prokurorluqda araşdırmalara başlanılıb. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Mürsəl İbrahimovun əmri ilə S.Qurbanov sərəncama götürülüb.
Redaksiya əməkdaşları məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Mürsəl İbrahimovun, yaxud digər məsul rəhbər şəxslərin də mövqeyini öyrənmək üçün Dövlət Xidməti ilə əlaqə saxlayıb. Bu barədə ətraflı məlumat veriləcək.
İnanırıq ki, S.Qurbanov baş verənlərə özü aydınlıq gətirəcək və şikayətçiləri ilə dil tapacaq, problem aradan qaldırılacaq. Arzulamazdıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adının hallandırıldığı belə bir məsələ gündəmi zəbt etsin…
«Təzadlar»ın Araşdırma Qrupu