Bakı vaxtı ilə ötən gün Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçının qalibi müəyyənləşib.

Tezadlar.az xəbər verir ki, İspaniya yığması 4-cü dəfə Avropa çempionu olub. Komandaya qələbə gətirən qolları Niko Uilyams (47) və Mikel Oyarzabal (86) vurub. İngiltərə yığmasından isə Koul Palmer 73-cü dəqiqədə rəqib qapısına yol tapıb. Beləliklə, İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti titulunu qazanıb.

İngiltərənin baş məşqçisi isə bu məğlubiyyətdən təəssüflənib və mediaya deyib ki, sadəcə, topu özümüzdə çox saxlaya bilmədik...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN