Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Təzadlara” verilən məlumata görə, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində

Zərdab şəhəri Əliağa Vahid küçəsində, Araz çayının İmişli rayonundan keçən hissəsində, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun sağ tərəfində, Sabirabad rayonunun Şirvan, Goranboy rayonunun Yeni Ağcakənd, Beyləqan rayonunun 5 saylı, Qəbələ rayonunun Bum, Qazax rayonunun Avey, Şabran rayonunun Dəvəçi, Masallı, Qax və Qusar rayonlarının eyniadlı meşə ərazilərində iməciliklər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin, könülüllərin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 5 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyalar ictimaiyyətin ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək, tullantıların idarə olunması sahəsinə diqqəti artırmaq məqsədilə təşkil olunur.

R.Xudatqızı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN