Bu günədək növbədənkənar parlament seçkilərində 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib. Sitat: “1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər isə imza vərəqələrini qaytarıb”.
Namizədlərə uğurlar arzulayırıq.
Elçin MƏMMƏDLİ