Ermənilərin murdarlığı təkcə niyyətində deyil, həm də əməlində və məsləkində yuva salıb...

Bu da sübut: avqustun  5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat və fakt, sübutlar təqdim edib.  Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib. Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.

Bizə isə murdar niyyətli düşmənin minalarından mümkün qədər uzaq durmaq və zərərsizləşdirmək qalır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN