Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvilini debata dəvət edib.

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə Zurabişvili Orbeliyani sarayında keçirilən mətbuat konfransında qeyd edib. Onun sözlərinə görə, İvanişvili ölkə üçün nə istədiyi ilə bağlı bəzi mövqelərini açıqlamalıdır: “Heç kim onun harada olduğunu, nə istədiyini, niyə istədiyini və bu ölkəyə nə etdiyini başa düşə bilmədi. Mən hazıram və onu müzakirəyə dəvət edirəm. Məni heç nə maraqlandırmır, faktlara baxıb görürəm ki, ölkə hara gedir, amma bəzi mövqelərə aydınlıq gətirməyi ictimaiyyətə borc bilirəm. O, bəzi mövqeləri izah etməlidir, niyə iki dəfə korrupsioner baş naziri buraxıb və bunun qismən korrupsiya ilə bağlı olduğunu bilirik. O, bu ölkə üçün nə istəyir, heç olmasa seçkilərdən əvvəl bizə deməlidir, ona görə də düşünürəm ki, biz yaxşı debat gözləyirik”, - deyə Salome Zurabişvili bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN