Avqustun 7-si gündüzdən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və narıncı xəbərdarlığa uyğun olaraq arabir 20.8-28.4 m/san təşkil edəcək.

Bu barədə "Təzadlar"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, avqustun 7-8-də bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, İmişli, Beyləqan, Sabirabad,Şirvan, Salyan, Saatlı, Biləsuvar, Füzuli, Cəbrayıl, Cəlilabad, Yardımlı, Lerik, Şahbuz, Ordubad, Culfa, Qobustan, Şabran, Xızı, Xaçmaz, Siyəzən, Neftçalada fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xatırladırıq ki, yayın isti aylarından sayılan avqustun 6-7-də elat təqvimi ilə "Quyruq dondu" və ya "Quyruq doğdu" deyimlərini yüz illərdir eşidirik. Bu ifadələrin-eyhamların arxasında duran odur ki, elat əhli yaylaqdan arana köçməli olduğu vaxtı-iqlimi kəsilib çadırda asılan erkəyin quyruğunun donması ilə əsas tutarmış. Deməli, artıq havalar dəyişir-soyuyur, dağlardan arana köçmək vaxtıdır!

Bir də el arasında belə bir elat deyimi var: avqustun 6-da ayın səmada quruq (aypara) şəklində görünməsini havaların soyumasına işarə kimi qəbul edirlər. Həmin gündən başlayaraq isə havaların bölgəmizdə sərinləşməyə doğru getməsi sübut olunub. Təbii ki, daha dəqiqini elmi müşahidələrə əsaslanan sinoptiklərimiz deyə bilir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN