Söhbət Kəlbəcər rayonu ərazisindəki hərbi hissələrin birində özünü öldürdüyü deyilən Qəhrəmanov Ərşad Maarif oğlundan gedir. 

«Təzadlar» xatırladır ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi də rəsmi açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, 29 iyul 2024-cü il tarixdə Kəlbəcərdə əsgər özünü öldürüb. Rəsmi açıqlamadan bəlli olur ki, Müdafiə Nazirliyinin N saylı hərbi bölməsinin hərbi qulluqçusu əsgər Qəhrəmanov Ərşad Maarif oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. O bildirib ki, daxil olmuş məlumat əsasında, Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kriminalistika və informasiya texnologiyası idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Kəlbəcər Hərbi Prokurluğunda Azərbaycan cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib, təxirəsalınmaz zəruri istintaq hərəkatləri həyata keçirilib.

 Firad Əliyev bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

***

 Mərhum əsgərin valideynlərindən və qohumlarından «Təzadlar»a daxil olan məlumatdan o da məlum olur ki, Ağcabədi rayonunun Minaxorlu kəndindən olan əsgər Ərşad Maarif oğlu Qəhrəmanovun ölümü ailəni çox sarsıdıb.

Məlumat üçün deyək ki, Minaxorlu kəndi inzibati ərazi baxımından Ağcabədi rayonuna aid olsa da, məsafəcə Ağdam rayonuna daha çox yaxındır. 30 il təmas xəttində yerləşən bu kəndin camaatı daima atəşkəsin pozulduğu bir vəziyyətdə min bir əziyyətlə əkinçilik və heyvandarlıqla məşğul olub. Qarabağda Minaxorlu camaatı ən dinc, dürüst və əməksevər camaat kimi tanınır. 

 Sosial media istifadəçisi, blogger E.Mustafazadə əməkdaşımıza bunları bildirib: «…Bizə çox doğma olan Qəhrəmanovlar ailəsinin çox zülmlə böyütdüyü iki oğul övladından biri və kiçiyi Ərşad idi. Valideynləri də təsdiq edir ki, hələ 44 günlük müharibəsində Ərşadın yaşı düşmədiyi halda belə, dəfələrlə könüllü olaraq cəbhəyə getmək istəyib. Yaşının az olduğunu nəzərə alıb  onu orduya qəbul etməyiblər… Bundan əlavə, Ərşad doğulduğu gündən onda allergiya xəstəliyi olub, hətta onu əsgərliyə aparmırdılar. Əsgərliyə yararsız bilib çağırılmırdı. Amma o, çox prinsiplə anasına, atasına qarşı çıxaraq əsgərliyə getmişdi. Özü gedib Bakıda komissiyadan keçdi və sağlam olduğunu sübut elədi. Bundan əlavə, onu tanıyanlar, onunla bir yerdə böyüyənlər, ona dərs demiş müəllimləri Ərşadın nə qədər iradəli, həyat eşqli insan olduğunu deyirlər. Ona görə də onun özünü intihar etməsini eşidəndə çox pis oldum, inanmadım…».

 E.Mustafazadə deyir ki, Ərşad komandirlərinin telefonları ilə tez-tez valideynləri ilə əlaqə saxlayıb, hərbi xidmətdə olduğundan daima fərəhləndirici söhbətlər edərmiş: «…İndi Ərşadın məzarını tək Minaxorludan deyil, qonşu kəndlərdən belə ziyarətə gələnlər var. Bu 22 yaşlı nakam gəncimizin ölümü ilə bağlı isə şaiyələr baş alıb gedir... Yəni, heç kim ölümün səbəbini hələki dəqiq bilmir. Amma hamı inanır ki, istintaq obyektiv nəticəni ortaya qoyacaq, 4 ayın vətənpərvər əsgərinin ölüm səbəbi dəqiq bilinəcək…».

«Təzadlar»

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN