İstefada olan polis polkovniki Eldar Quliyevin 10 yaşlı nəvəsi Tuana Kabaoğlu Türkiyə Taekfondo Federasiyasının qara kəmərinə layiq görülüb.
Bu barədə Eldar Quliyev «Təzadlar»a Türkiyədən zəng edərək məlumat verdi. Məlum olur ki, Tuana Kabaoğlu Kastamonu il qalibi olmuş, eləcə də Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Qara dəniz turnirində də birinci yerə layiq görülmüşdür. 10 yaşlı qız Ankarada Türkiyə Cümhuriyyətinin 100 illiyinə xüsusi olaraq təşkil edilən klublararası turnirdə də yenə birinci yerə layiq görülmüş, xüsusi sertifikatla təltif edilmişdir.
Xatırladırıq ki, Tuana Kabaoğlu 2014-cü ildə Bakıda anadan olub. Uşaq bağçasını və ibtidai məktəbi «Özəl Bahçeşehir Kolleci»nin Kastamonu şəhərciyində bitirib. Məktəbin təşkil etdiyi bir çox yarışmalarda birincilik qazanıb, həmçinin Kastamonu şəhərciyindəki futbol komandası və valeybol komandasının üzvüdür, dərslərində çox uğurludur və bir çox sertifikatlar qazanmışdır.
Azərbaycan əsilli Tuana Kabaoğluna daha böyük uğurlara imza atmasını arzulayır, babası- Laçın duyğulu, Azərbaycan sevdalı Eldar Quliyevi həmişə belə uğurları ilə sevindirsin.
Y.Məmmədli