106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Strateji Planlaşdırma və Araçdırmalar İnstitutu İctimai Birliyinin sədri, politoloq Azad Məsiyevin seçiciləri ilə görüşləri davam edir...

A.Məsiyev sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçki kampaniyası çərçivəsində keçirdiyi bu günkü görüşdə seçicilər qarşısında çıxış edərək seçki kampaniyası ilə bağlı fikirlərini bölüşüb və hamını sentyabrın 1-də təşkil ediləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştiraka dəvət edib. O, bugünə qədərki fəaliyyəti barədə məlumat verərək gördüyü işlər barədə ətraflı danışıb. Məsiyev seçiləri qarşısında çıxışı zamanı dövlətin siyasətini yekdilliklə müdafiə etdiyini, prezidet İ.Əliyevin siyasi kursunu müdafiə etdiyini bəyan edib.  O, həmçinin Dövləti və Milli maraqlara uyğun siyasi mövqe nümayiş etdirmək üçün var gücü ilə çalışacağını bildirib. Deputatlığa namizəd eyni zamanda deputat seçiləcəyi təqdirdə seçicilərlə daim təmasını davam etdirəcəyini, onların qayğıları ilə yaşayacağına da söz verib.

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN