Ötən gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Tezadlar.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bolqarıstanda "Ludoqorets"in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib. Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək. Pley-off-da mübarizəni dayandıran tərəf birbaşa Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanacaq.

Komandamıza uğurlar arzu edirik.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN