Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini epizodlar üzrə davam etdirib. E.Həsənov özünü təqsirli bilmədiyini deyib və prokurorun epizodlar üzrə suallarını cavablandırıb. Sual-cavabdan sonra məhkəmə təqsirləndirilən şəxsin vəkillərinə söz verib. Müdafiəçilər indiki mərhələdə təqsirləndirilən şəxsə suallarının olmadığını söyləyiblər. Hakim bildirib ki, proses şahid ifadələri ilə davam etdiriləcək. Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN