Sentyabrın 3-ü axşama olan məlumata görə, Poltavaya raket hücumu nəticəsində ölənlərin sayı 51 nəfərə, yaralıların sayı isə 271 nəfərə çatıb.

Dağıntılar altında hələ də insanlar var və xilasedicilər bütün gecəni işləyiblər. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, sentyabrın 3-də günorta saatlarında Rusiya Ukraynanın Poltava şəhərinə raket zərbəsi endirib. İki raket 41 nəfəri öldürüb, 180 nəfər yaralanıb. Ukrayna KİV-lərinin məlumatına görə, iki ballistik raket Rabitə İnstitutunun binasına və yaxınlıqda yerləşən xəstəxanaya düşüb. Prezident Zelenski həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.  Zelenski Rusiyanın bu bombalamasının əəvəzinin  ciddi şəkildə veriləcəyini bildirib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN