Asif Mərzili: "119 saylı Ağdam Seçki Dairəsində baş vermiş qanunsizluq barədə Məzahir Pənahova yazılı, eləcə də MSK-nın 115 qaynar xəttinə dəfələrlə şikayət etsəm də, tədbir görülmədiyindən məhkəməyə üz tutmalı oldum..."

 Bu barədə araz.az əməkdaşına 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd Asif Mərzili məlumat verdi. Sitat: "...25 illiyinə Deputat etdirilməsinə cəhd olunan Bəxtiyar Əliyev Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevlə və ərazi icra nümayəndələrinin iştirakı ilə seçki təbliğatında inzibati resurslardan sui-istifadə edib, qanunu pozub. Bu isə Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərinin ciddi şəkildə pozulmasıdır. Mən bununla bağlı Prezident cənab İlham Əliyevə, Baş Prokurorluğa, Mərkəzi Seçki Komissiyasına şikayət etmişdim. Heç bir tədbir görülmədi... Və müşahidəçilərimizin xüsusi texniki vasitələrlə apardığı qeydlərdən məlum olurdu ki, qanunun tələbləri seçki günü də kobud surətdə pozulmuşdur. Məsələn, 4 saylı məntəqəyə 121 seçici gəlibsə, qutudan 545 bülleten çıxıb. 1 saylı məntəqəyə 224 seçici daxil olubsa, qutudan 596 bülleten çıxıb. 42 saylı məntəqəyə 272 seçici daxil olubsa, qutudan 400 bülleten çıxıb. 15 say1ı məntəqəyə 58 seçici gəlibsə, qutudan 490 bülleten çıxıb, 36 saylı məntəqəyə 135 seçici gəlibsə, qutudan 351 bülleten çıxıb. Hətta 21 saylı məntəqədə məntəqə üzvlərinin qutuya qanunsuz olaraq bülleten doldurması MSK-nın öz kameraları ilə qeydə alınıb, görüntülər hər yerdə yayılıb... Yenə də tədbir görülmədi... Hətta Üçoğlan kəndindəki 15 saylı məntəqədə isə məntəqə sədri Asəf Əsədov, üzvlər- Hilal Quliyev və Yusif Quliyev qutuya topa-topa bülleten atırlar, bu da müşahidəçilər tərəfindən videokadrlara çəkilib. Bərdədə yerləşən 61 saylı məntəqədə cəmi 61 seçici səsvermədə iştirak edib, amma quyudan 500-ə yaxln bülleten çıxıb. Və sair… Qutudan çıxan artıq bülletenlərin hamısı Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə atılmışdır. Niyə? Nə olub??? Ağdamda Bəxtiyar Əliyevdən başqa başıpapaqlı qalmayıb? Bu nə deməkdir axı?! Məntəqələrə quraşdırılmış əksər kameralar da bu məqsədlə söndürülmüşdü, yaxud üzü uşaq, qadın paltarı ilə bağlanmışdı. Bütün bunlar barədə MSK rəhbərliyinə dəfələrlə şikayət etsəm də, xeyri olmadı deyə, məhkəmədə iddia qaldırmalı oldum...".

Asif Mərzili onu da bildirdi ki, əvvəllər belə saxtakarlıqlara rast gəlməyib:"...Özbaşınalığın həddinə baxın ki, dairənin sədri Sahil Əliyev nə dairənin qərarını verir, nə də məntəqələrin protokollarını... Mən 3-cü dəfədir Ağdam 119 saylı Seçki Dairəsindən namizədliyimi irəli sürürəm. Ramiz Mehdiyev hər dəfə Bəxtiyar Sadıqovu deputat edirdi. Şükürlər, bu dəfə onu kənara atdılar. İndi də Bəxtiyar Əliyev gəldi, o isə əvvəllər Ağdam 118-ci dairədən deputat olurdu, 20 ildir deputat olur, indi 25 illiyini qeyd etmək istəyir. Amma saxtakarlıq yolu iləmi?!"

ARAZ.AZ

msk-mehkeme

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN