Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi brifinq zamanı bildirib ki, Ukraynanın ATACMS köməyi ilə Rusiyanın Ukrayna ərazisinə hücum etdiyi hərbi təyyarələrin əksəriyyətini vura biləcəyi iddiası yanlışdır.

Tezadlar.az "Amerikanın səsi”nə istinadən bildirir ki, Kirbin deyib: "Rusiyanın dərinliklərinə və Rusiya ərazisinə zərbələr endirmə ilə bağlı siyasətimizdə heç nə dəyişməyib. Məncə, Rusiyanın idarə olunan bombalar və uzaq mənzilli uçuşlar üçün istifadə etdiyi təyyarələrin 90%-i Ukrayna sərhədindən 300 kilometr kənarda, Rusiyanın dərinliklərində yerləşir. Ona görə də bu o demək deyil ki, biz Ukraynaya ATACMS verəcəyik və onlarisə Ukraynaya hücumların həyata keçirildiyi hava bazalarında Rusiya təyyarələrinin əksəriyyətini vura biləcəklər... Bu doğru deyil..."

Kirbinin bu sözlərindən belə anlaşılır ki, Rusiyanın raket daşıyan təyyarələrini zərərsizləşdirmək üçün Rusiya ərazisinə raket atılmalıdır. Bəs bu mümkündürmü?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN