Deyəsən, Gürcüstanda Saakaşvili üçün darıxanların səbri tükənmək üzrədir...

Saakaşvilisevərlər bu dəfə daha sərt addıma əl atıblar... "Vahid Milli Hərəkat partiyasının Marneuli qərargahının üzvləri Şulaveri kəndində magistral yolu bağlayaraq aksiya keçirməyi planlaşdırır”. Bu barədə elə millət vəkili Zaur Darğallı bu gün keçirilən fövqəladə brifinq zamanı açıqlama verib. Onun sözlərinə görə, qərargah üzvləri magistral yolu bağlayaraq Mixeil Saakaşvilinin gəlişi tələbi ilə aksiya keçirməyi planlaşdırır. Z. Darğallı "VMH" partiyasının seçki əvvəli əhali ilə görüşlər keçirmədiyinə görə bu addımı planlaşdırılmış təxribat adlandırıb. O bildirib ki, əgər onlar yolu bağlasalar bu zaman hüquq mühafizə orqanlarının əməkdaşları lazımi tədbirlər görəcək və qanun pozan şəxslər qanun çərçivəsində ciddi şəkildə cəzalandırılacaqlar. Deputat qeyd edib ki, yürüş əhali arasında qarşıdurmaya səbəb ola bilər, buna görə də, vətəndaşları təxribatlardan çəkinməyə çağırıb.

Bu isə o deməkdir ki, ya Saakaşvili öz ölkəsinə statusundan asılı olmayaraq gəlməlidir, ya da ölkənin siyasi hakimiyyəti daim təzyiq altında dayanmağa məcburdur...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN