Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə qardaşı Qiyaməddin Şəmsizadənin onun adından istifadə etməklə bir neçə şəxsdən külli miqdarda vəsait alaraq mənimsəməsi və həbs edilməsi xəbərinə münasibət bildirib. 

 TEZADLAR.AZ xəbər veriri ki, professor pravda.az-a açıqlamasında qardaşı ilə uzun illərdir ki, danışmadığını deyib: 

 “1993-cü ildə Heydər Əliyev Gəncə qiyamını yatırmağa gedən gün Qiyaməddini evdən qovmuşam. O, mənim başıma oyun gətirib. Dələduzdur. Demişəm ki, mənim adımdan istifadə etmə. Aldatdığı adamlar Prezidentə də şikayət yazıblar. O, ümumiyyətlə, məni vəzifəyə getməyə qoymayıb. Belə bir adamdır. Düzələn şey deyil. 31 ildir, Qiyaməddinin üzünü görməmişəm. Həbs edilməsindən xəbərim yoxdur. Yaxşı ediblər, həbs ediblər. Biz ailədə 8 uşaq olmuşuq. Əlbəttə ki, 8 uşağın biri belə çıxmalı idi. Sadəcə, nə atam, nə də anam günahkardır. Onlar kənd adamları olublar. Onun ölümünü istəmirəm. Çox olub ki, ölümünü istəmişəm. Amma indi istəmirəm, 70 yaşım var. Artıq məndə qardaşlıq hissiyatı qalmayıb, çünki başıma o qədər oyunlar gətirib ki... 70 ilin düz 45 ilini mənə zülm edib. Hər dəfə mənə zəng ediblər ki, Qiyaməddin bunu etdi, filankəsdən pul aldı... Çox vaxt borclarını ödəmişəm, amma mümkün deyil. Südlə gələn xasiyyət canla çıxar... Mən dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, 40 kitabın müəllifiyəm. Belə adama “qardaş” deyə bilərəmmi? Həmişə mənim hörmətimə, nüfuzuma xələl gətirib. Vaxtilə dövlət mənə cürbəcür vəzifələr təklif edib. O isə gedib axmaq-axmaq sözlər danışıb, həmişə yolumu kəsib”. 

 Qeyd edək ki, KİV -də gedən məlumata görə, professor Nizaməddin Şəmsizadənin qardaşı Qiyaməddin Şəmsizadə həbs edilib.

Məlumata görə, 1958-ci il tarixdə Quba rayonunun İspik kəndində anadan olmuş Qiyaməddin Şəmsizadə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Onun qardaşının adından istifadə etməklə bir neçə şəxsdən külli miqdarda vəsait alaraq mənimsədiyi məlum olub.

Belə ki, Kamil Səfərəliyev adlı şəxs 2019-2020-ci illərdə Bakı Dövlət Universitetində müəllim işləyib. Pandemiya ilə əlaqədar universitetdə dərslər dayandığından işdən çıxarılıb. Kamil Səfərəliyev yenidən BDU-ya müəllim kimi düzəlmək üçün Qiyaməddin Şəmsizadəyə 15 min manat pul verib. Təqsirləndirilən şəxs 2022-ci ildə həmin vəsaiti BDU-nin keçmiş müəllimdən alaraq onu qardaşı vasitəsi ilə işə bərpa edəcəyini vəd edib.

Qiyaməddin Şəmsizadə bu yolla bir neçə nəfərin etibarından sui-istifadə edərək və aldadaraq müxtəlif məbləğlərdə vəsaiti ələ keçirib.

Məhkəmənin qərarı ilə Qiyaməddin Şəmsizadə 2 il 4 ay 19 gün müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki,  Qiyaməddin Şəmsizadə əvvəllər də bir neçə dəfə məhkum edilib. Sonuncu dəfə isə 2012-ci il tarixdə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Daha sonra ona verilmiş cəza 5 ilə endirilib və azadlığa çıxıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN