ABŞ Nümayəndələr Palatasında bir qrup respublikaçı Ağ Evi Ukraynanın Amerikanın uzaqmənzilli silahlarından, xüsusən də ATACMS raketlərindən Rusiya ərazisinin dərinliklərində istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, müraciəti Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkal, Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers, Daimi Kəşfiyyat Komitəsinin sədri Mayk Törner, Xarici Əlaqələr Komitəsinin Avropa məsələləri üzrə sədri Tom Kin, Müdafiə Təxsisatları üzrə sədri Ken Kalvert və Helsinki Komissiyasının komissarı Riçard Hudson imzalayıb. Onlar Ağ Evi Ukraynanın Amerikanın uzaqmənzilli silahlarından, xüsusən də ATACMS raketlərindən Rusiya ərazisinin dərinliklərində istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırırlar. Sitat: “Bayden-Harris administrasiyasının tətbiq etdiyi lüzumsuz məhdudiyyətlər, kritik silahların təsdiqi və çatdırılmasında uzunmüddətli ləngimə Ukraynanın bu müharibəni qalibiyyətlə yekunlaşdırmağa mane olur... Administrasiyanın artıq qərar vermə vaxtıdır. Ukraynanın Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı Amerika silahlarından istifadə etməsinə görə kursu dəyişmək və hələ də qalan məhdudiyyətləri aradan qaldırmaq lazımdır!".
Ukrayna isə çoxdan bu silahlardan istifadə etmək arzusundadır...
A.Məmmədli