ABŞ Dövlət Departamenti bu dəfə Gürcüstan hökumətini və parlamentin 60-dan çox üzvünü hədəfə aldı...

Sanksiyaya həm də bu şəxslərin ailə üzvlərinə qarşı “demokratiyaya zərbə vurmaq” ittihamı ilə sanksiya tətbiq edilib... Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd olunur ki, ABŞ Gürcüstanda insan haqlarının pozulması və antidemokratik hərəkətlərdən hələ də narahatdır. Bildirilir ki, ABŞ Dövlət Departamenti Gürcüstanda demokratiyanın köklərinin qazılmasında iştirak etmiş 60-dan çox hökumət və parlament üzvünə və onların ailə üzvlərinə qarşı viza məhdudiyyəti tətbiq edib. Bəyanata əsasən, onların arasında gürcü xalqının fundamental azadlıqlarını məhdudlaşdırmaq üçün səlahiyyətlərindən sui-istifadə edən dövlət və bələdiyyə məmurları, korrupsiya ilə məşğul olan iş adamları, dezinformasiya yayan və zorakı ekstremizmi təbliğ edən şəxslər, nümayişçilərin döyülməsində iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşları, qeyri-demokratik qanunvericiliyin təşviqində və vətəndaş cəmiyyətinin məhdudlaşdırılmasında həlledici rol oynayan parlament üzvüləri də var.

 Bundan əlavə, Entoni Blinkenin sözlərinə görə, Dövlət Departamenti Gürcüstanda insan haqlarının pozulmasından və antidemokratik hərəkətlərdən narahatdır və buna cavab olaraq əlavə tədbirləri nəzərdən keçirməyə davam etdirəcək.

ABŞ Ukraynadakı müharibəsi səbəbindən Rusiyanın ardıca Rusiyaya meyillənən Gürcüstanı da hədəfə almış oldu. Bu o deməkdir ki, ABŞ-ın dostu olmayan, yaxud ABŞ-ın düşmənlərinə salam verənlər bu sanksiyalardan yan dura bilməyəcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN