Gürcüstanın prezidenti Salome Zurabişvili iki siyasi qüvvəni- “Güclü Gürcüstan - Lelo” və “Qaxaria Gürcüstan naminə” partiyasını bu gün sentyabrın 17-də “danışıqların son mərhələsi”ni keçirmək üçün Orbeliani sarayına dəvət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Zurabişvili Prezident Administrasiyasında keçirdiyi brifinq zamanı qeyd edib. Prezident saat 15:00-da "Güclü Gürcüstan" və "Qaxariya Gürcüstan üçün" partiyalarının nümayəndələrini gözlədiyini bildirib. Salome Zurabişvilinin fikrincə, bu addım seçiciləri inandıracaq ki, siyasi partiyalar ölkəni xilas etmək naminə çox şeydən imtina edə bilər və Avropa yolunu xilas etməkdə mühüm rol oynaya bilər.

Prezident ümid edir ki, ölkə üçün vacib olan bu mərhələdə partiyalar seçicilərə daha aydınlıq gətirəcək addım ata biləcəklər. Sitat: “Gürcüstanda seçkilər tarixində dönüş nöqtəsi yaxınlaşır və vətəndaşlarımız ölkəmizin gələcəyini müəyyən edəcək çox mühüm qərar qəbul etməlidir. Biz bunu hər gün daha aydın görürük. Bu seçim gələcək Avropamızın olub-olmayacağını, Rusiyanın təsiri altında qalacağımızı müəyyən edəcək, 26 oktyabr adi seçki günü deyil, o gün referendum günü, suverenliyi, azadlığı, müstəqilliyi və Avropa dəyərlərini seçmək və ya gələcəyimiz Rusiyaya vermək günüdür. Bu gün yalnız bir seçim var, ya Avropa, ya da Rusiya. Biz bu ölkəni heç vaxt heç kimə verməmişik və verməyəcəyik. Bu seçim bizim ortaq məsuliyyətimizdir. Biz bu məsuliyyətdən qaça bilmərik. Mən də öz növbəmdə məsuliyyəti sona qədər üzərimə götürəcəyəm və onu yerinə yetirəcəyəm, bütün Avropayönlü qüvvələri dəstəkləyəcəyəm, bunun üçün nizamnamə yaradılıb".

Prezidentin müxalifəti dəstəkləməsi dünya ölkələri tarixində az rast gəlinən hadisələrdəndir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN