Ötən gün İsrail ordusu Livanla sərhəd ərazidə Hizbullah qüvvələrinin ciddi müqaviməti ilə üzləşib.

Tezadlar.az “Röyters”ə istinadla bildirir ki, "Hizbullah" döyüşçüləri Livana daxil olmağa çalışan İsrail qüvvələrini bir neçə yerdə pusquya salıb. İsrailin Müdafiə Nazirliyinin təcili surətdə sərhədə yeni canlı qüvvə daşıdığını əks etdirən görüntü paylaşılıb. İddialara görə, İsrail ordusu ön qüvvələri gücləndirmək məcburiyyətində qalıb.

 Qeyd edək ki, ötən gecə İsrail ordusu Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb. Həmçinin İsrail təyyarələri Beyrutun cənub ətraflarında yerləşən Leyliaki və Burjbarajni məhəllələrinə ağır zərbələr endirib.

Bölgədə hərbi vəziyyət yenidən gərginləşib. ABŞ administrasiyası isə hələki vəziyyəti seyr edir. İran isə vəziyyətə müdaxilə etməyə çalışsa da, hələki seyrçi qalmaqla kifayətlənir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN