İranın İsrailə hücumu bölgədə vəziyyəti kritik həddə gətirib...

Tezadlar.az CNN- ə istinadla xatırladır ki, Avropa İttifaqı İranın "regional təhlükəsizliyə təhdid" olan İsrailə hücumunu qətiyyətlə pisləyir. Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. Sitat: “İranın İsrailə hücumunu qəti şəkildə qınayıram, bu, regional təhlükəsizliyə təhdiddir”.

Mişel deyib: "Yaxın Şərqdə ölümcül eskalasiya spiralı indi dayanmalıdır. Regional müharibə heç kimin maraqlarına uyğun deyil. Aİ gərginliyin azaldılması və mülki əhalinin həyatının qorunması üçün səyləri dəstəkləməyə hazırdır".

İsrailin hərbi hava qüvvələri isə İranın strateji hədəflərini raket zərbələri ilə nişangaha alıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN