...Saakaşvilinin dünən gecə saatlarında təyyarə ilə Gürcüstana gəlməsi və saxlanılması hadisəsi dünyanın nüfuzlu KİV-lərində işıqlandırılmaqdan əlavə, həm də dünyanın hegemon dövlətlərində sərt reaksiya ilə qarşılanıb... Təkcə Rusiyadan başqa.
"Təzadlar" bildirir ki, Rusiya KİV-ləri bu xəbəri sevinc hissi ilə təqdim edirlər. Bu da səbəbsiz deyil. Saakaşvili Rusiyanı indinin özündə də işğalçı kimi tanıdığını açıq şəkildə deyir...
***
Bu gün isə ABŞ-ın siyasi rəhbərliyi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin saxlanılması ilə bağlı prosesi yaxından izlədiyini bildirirb. Bu barədə Dövlət Departamentinin rəsmi açıqlaması var. Departamentin açıqlamasında proseslərin demokratik şəkildə gedəcəyinə ümid edildiyi qeyd olunub: “Həbsi ilə bağlı məlumatımız var və hadisələri yaxından izləyirik. "Biz Gürcüstan hakimiyyətini cənab Saakaşvilinin Gürcüstan qanunlarına və Gürcüstanın beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olaraq bərabərlik prinsipinə malik olmasını təmin etməyə çağırırıq".
Bunun ardınca, ABŞ-ın Gürcüstandakı səfirliyi Gürcüstanda olan vətəndaşlarına müraciət edib. Səfirlik, vətəndaşları bu həftə ehtiyatlı olmağa və insanları mümkün qədər kütləvi toplanışlardan və etirazlardan çəkinməyə və müşahidəçi qismində qalmağa çağırıb. Eyni çağırış Ukraynada da cərəyan edib. Gürcüstanın Ukraynadakı səfiri Ukrayna XİN-ə çağrılıb.
A.Məmmədli