Almaniyanın Ramşteyn şəhərində toplaşan Şimali Atlantika Alyansına üzv ölkələrin müdafiə nazirləri Ukraynadakı vəziyyətdən narahat olublar.
Tezadlar.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Kosiniyak-Kamış RMF FM radiosunun efirində bildirib.
"Əhval-ruhiyyə yaxşı deyil. Bu, ilk növbədə, Ukraynadakı ağır vəziyyətdən irəli gəlir", - o vurğulayıb.
Kosinyak-Kamış əlavə edib ki, hazırda insanlarda Ukrayna münaqişəsindən böyük yorğunluq yığılıb və hamı sadəcə olaraq bezib.
Daha əvvəl bildirilmişdi ki, səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatan Ukrayna prezidenti Vladimir Zelenski NATO ölkələrinin Kiyevə silah tədarükü ilə bağlı verdikləri vədləri yerinə yetirmədiyini bildirib.
E.ŞİRİNOV