Prezident Salome Zurabişvili Baş Prokurolquda 26 oktyabr parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı dindirmədə iştirak etməkdən imtina edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə ölkə başçısı keçirdiyi brifinqdə deyib. O, seçkilərin saxtalaşdırılması ilə bağlı görüntülərin olduğunu, bütün tərəflərin bu görüntüləri paylaşdığını və əlavə izaha ehtiyac olmadığını qeyd edib: “Görünür Baş Prokurorluq dəlilləri məndən gözləyir. Təhqiqat orqanının öz vəzifəsidir ki, dəlilləri özü tapsın. İstənilən normal ölkədə bu belə baş verir və mən təhqiqat orqanının seçkilərlə bağlı prezidentdən dəlil istəməsinə dair başqa nümunə bilmirəm”. Prezident qanun pozuntuları ilə bağlı video görüntləri təqdim edib və bildirib ki, bu kimi görüntülər artıq toplanıb: “Bunlar birbaşa çəkilişlərdir və hamınız belə kadrları görmüsünüz. Bunlar heç bir izaha, izahata ehtiyacı olmayan kadrlardır. Prokurorluq MSK-nın narahatlığına əsaslanaraq, prezidentdən dəlil istəyir, əslində sübutların toplanmasında bütün vətəndaşlar iştirak edir, qeyri-hökumət təşkilatları, müşahidə missiyaları, külli miqdarda material artıq mövcuddur və MSK-nın nüfuzdan düşməsi yalnız faktların təsdiqi, sistematik şəkildə təsdiqlənməsi ilə nəticələnə bilər. pozuntu və saxtakarlığa görə məsuliyyət ya prokurorluğun, ya da beynəlxalq istintaqın üzərinə düşür", - deyə Salome Zurabişvili qeyd edib.

Ölkədı isə seçki saxtakarlığı ətrafında qalmaqal davam edir. ABŞ prezidenti Co Bayden də bu barədə sərt danışıb, saxtakarlığın ciddi araşdırılmasnı ehtiva edən bəyanat yayıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN