Bakı şəhərinin velosiped, parklama və BUS üçün ayrılmış, beləliklə, süni surətdə daraldılmış bir sıra yollarında tıxac yaranıb...

Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına istinadla keçilməz olan yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

5. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Zərifə Əliyeva küçəsində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Sürücülərdən bu yollara alternativ istiqamətlər seçmələri məsləhətdir. Yoxsaş vaxt, yanacaq və əsəb itkisi ilə qarşılaşacaqlar.

E.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN