ADY-nin bütün strukturları 1 noyabr tarixindən etibarən, Bakıda keçiriləcək COP29 Qlobal İqlim Konfransına hazırlıq çərçivəsində gücləndirilmiş iş rejiminə keçib...

Bu barədə idarə rəhbərliyinin təşkil etdiyi mediaturda jurnalistlərə ətraflı məlumat verilib. Tədbirdə iştirak edən "Təzadlar"ın əməkdaşı Elçin Məmmədli bildirdi ki, stansiya və vağzallarda xidmət göstərən əməkdaşların sayı artırılaraq əlavə işçi qüvvəsi cəlb edilib. Sitat: "...Sərnişinlərlə birbaşa ünsiyyətdə olan 300-dən çox əməkdaş COP29 zamanı yüksək keyfiyyətli xidmət göstərmək üçün müştəri xidmətlərinə dair və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak edib. Sərnişinlər üçün COP29 tədbiri haqqında məlumatlılığın artırılması, həmçinin səyahət təcrübəsinin təkmilləşdirilməsi məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət-naviqasiya sistemləri, o cümlədən işarələr, monitorlar və s. quraşdırılıb. Eyni zamanda, Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb. Belə ki, Bakı Dəmiryol Vağzalında mövcud turniket sayı 28-dən 36-ya çatdırılıb. Hazırda bu vağzaldan gün ərzində 30 minədək sərnişin istifadə edir. Ötən il bu Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərin sayı 5 milyon nəfərə yaxın olub. 2024-cü ilin on ayında isə bu rəqəm 4 milyon yarıma çatıb. Bu vağzalda keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi  1 dəqiqədə maksimum 750 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 1000-ə çatdırılıb...".

1730455728511

E.Məmmədli qeyd etdi ki, "Koroğlu" dayanacağında görülmüş işlər nəticəsində isə Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalı 6 metr uzunluğunda genişləndirilib. Həmçinin 6 ədəd yeni keçid turniketinin quraşdırılması ilə turniketlərin sayı 4-dən 10-a çatdırılıb.Keçid truniketlərinin sayının artırılması ilə dayanacaqda indiyə qədər 1 dəqiqədə maksimum 108 nəfər keçə bilirdisə, hazırda 10 turniketlə bu rəqəm 270 nəfərə yüksəlib.

Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir. 2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı 800 min nəfərə yaxın olub. 2024-cü ilin on ayında bu rəqəm 773 mini ötüb.

Bakı və Sumqayıt vağzallarında görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib. Fiziki məhdudiyyətli sərnişinlərin rahat hərəkətini təmin etmək üçün  Bakı Dəmiryol Vağzalındakı liftə texniki baxış keçirilib. Bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb. Həmçinin Gəncə və Qəbələ vağzallarında təmir-bərpa işləri həyata keçirilib. Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələrində gücləndirilmiş iş rejiminin tətbiqinə başlanıb. Bakı və Sumqayıt vağzallarında, eləcə də Koroğlu və Pirşağı stansiyalarında kəsintisiz internet bağlantısı təmin edən pulsuz “Wi-Fi” zonalarında internetin keyfiyyəti təkmilləşdirilib. Bununla yanaşı, qatarlarda yenicə istifadəyə verilmiş pulsuz internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilir. Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib, qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib. Sərnişinlərin mənzilbaşına vaxtında və təhlükəsiz çatdırılması üçün rezerv qatarlar ayrılıb. 

Mediatur iştirakçısı olan jurnalistlər hazırda "Koroğlu" stansiyasına qatarla səfər edirlər və onlar görülən işlərin və yeniliklərin ümumi mənzərəsi ilə canlı tanış olacaqlar... 

Elbar Şirinov

1730455728502

1730455728490

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN