Ötən gecə və bu səhər Bakının Xətai rayonu ərazisində, xüsusən də Ağ Şəhər və metronun Xətai stansiyası ətrafında yaşayanlar kəskin qoxu ilə bağlı narahatlıq keçiriblər...

Əsasən çürümüş soğan iyi təsiri bağışlayan bu iy, sən demə, Heydər Əliyev adına Neft Emalı Zavodu ərazisində iki gündür ki, müşahidə olunur. Eyni zamanda, bitişik ərazidə kəskin pis qoxu var. Sakinlərin çoxu baş ağrısından və göz yaşarmasından şikayətlənir.("Turan").

Məlum olur ki, əslində, bu,  neft emalından alınan səmt qazının atmosferə atıldığı vaxtlarda da baş verib. Adətən bu qaz yandırılır, lakin iki gündür yanan səmt qazı məşəli görünmür. Buna görə də kəskin qoxu paytaxtın mərkəzinə doğru daha da yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə baş verənləri şərh etməyib. 
İnanırıq ki, bu tip problemlər tezliklə həllini tapacaq.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN