Türkiyə prezidenti noyabrın 17-də İsrail prezidentinin təyyarəsinin Bakıya uçmaq üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədiyini təsdiq edib.

Tezadlar.az TRT- Haber- ə istinadla bildirir ki, "Biz İsraillə ticari əlaqələri kəsmişik və onun bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik", deyən Ərdoğan Braziliyada C20  sammiti zamanı keçirdiyi mətbuat konfransında daha sonra deyib: "Bildiyiniz kimi, biz İsraillə ticari əlaqələri tamamilə kəsmişik. İsrail prezidentinin COP29 sammitində iştirak etmək üçün Azərbaycana səfərinə gəlincə, biz onun bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik".

Xatırladaq ki, İsrail nazirləri Bakıya Gürcüstandan keçən fərqli reyslərlə gəliblər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN