"Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri ölkənin daxili işlərinə müdaxiləni dayandırmasa və nitqini dəyişdirməsə, diplomatik tədbirlər görüləcək".

Tezadlar.az xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, Avropa İttifaqının səfiri birbaşa seçki kampaniyasına qatılıb: "Bu, Vyana Konvensiyasının və demokratik seçki prinsiplərinin ciddi pozulmasıdır. Bu səbəbdən onun dezinformasiya bəyanatı bizə o qədər də təəccüblü olmadı. Seçkilər ərəfəsində Gürcüstana Avropa İttifaqına inteqrasiya prosesinin dayandırıldığını bildirən Pavel Herçinski indi bildirir ki, bu proses, əslində, Gürcüstan hakimiyyəti tərəfindən dayandırılıb. Bir müddət biz belə hadisələrə diplomatik reaksiya verməkdən çəkinmişdik, amma hər şeyin bir hüdudu var və əgər biz davranışda dəyişiklik görməsək, gələcəkdə belə faktlara, o cümlədən Avropa İttifaqı səfirinə və digər müvafiq şəxslərə qarşı diplomatik reaksiya verəcəyik”.

Baş nazir konkret olaraq diplomatik addımların nə olduğu barədə qeyd edib ki, ilk növbədə, bu, səfiri Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırmaq olacaq.Vəssalam! 

 Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski hökumətin Aİ-yə üzvlük prosesini dayandırmaq qərarını ciddi tənqid edib. Sonra sanksiyalardan istifadə ediləcəyini deyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN