Ötən gecə Hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən paytaxt Tbilisidə etiraz aksiyası keçiririblər...

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki,  ki, etiraz aksiyasının iştirakçıları parlament binası önünə toplaşıblar. Yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti bağlanıb. Qeyd edək ki, parlament binasının ətrafına çox sayda xüsusi təyinatlı dəstə və bir neçə su reaktiv maşını cəlb olunub. Bundan başqa, ölkənin digər bir sıra böyük şəhərlərində də etiraz aksiyaları davam edir. Məlumat üçün bildirək ki, aksiya iştirakçıları hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması qərarına etiraz edirlər.

Bu arada Gürcüstana tətbiq edilən sanksiyaların şəbəkəsi genişlənməkdədir. Kanada, ABŞ, Ukrayna, Almaniya, Niderland, Fransa və digər ölkələr bu sıradadır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN