AMEA-nın Tarix və Etnologiya İnstitutunda Növbəti Qalmaqal: Qadın Əməkdaş Xəstəxanaya Yerləşdirilib və... "Təzadlar" xatırladır ki, son günlər institutun rəhbərliyə yaxın məsul işçiləri qurumda qadın əməkdaşlara qarşı olan təzyiq və təhdidlər barədə verdiyimiz xəbərlərə dair mövqe bildirmək əvəzinəş qəzetə qarşı təhdid dolu şərhlər yazırlar. Biz nə edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunda yenidən qalmaqallı hadisələr baş verib. Daha əvvəl də məlumat verdiyimiz kimi, institutun Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarovun təzyiqlərinə məruz qalan bir qadın əməkdaşın səhhəti kəskin pisləşmişdi və iş yerində ona təcili yardım çağırılmışdı. Redaksiya təcili yardım avtomobilinin fotoşəklini də yayımlamışdı... Bu və ya digər problemləri aradan qaldırmaq əvəzinə, institutun elmi katibi olan Bəhmən Faziloğlu isə direktor olmaq həvəsinə düşüb. Bu şəxs görün nə edir: qəsdən qəzetə və jurnalistlərə qarşı çirkin yazılar paylaşmaqla məsələni şişirmək, institutun və direktor Kərim Şükürovun adını süni surətdə lazımsız qalmaqallarda hallandırmaqla dolayısı ilə məqsədini reallaşdırmaq istəyir. Məlum məsələdir ki, jurnalistlərin peşə fəaliyyətinə mane olmaq istəkli bu cür çirkin yazışmalar tərəfimizdən cavabsız qalmayacaq, nəticədə təkrarən institutun və Kərim Şükürovun adı hallanmalı olacaq. Bunu ona görə qeyd edirik ki, Kərim Şükürov özünü ona şirintəhər göstərmək istəyən bu adamın şərhlərini oxusun və onun çirkin niyyətinin mahiyyət və məqsədini bilsin...
XXX
...İndi bizə verilən məlumata görə, həmin qadın əməkdaş bir həftə evdə xəstə yatdıqdan sonra yenidən işə qayıdıb. Lakin elə ilk gündən Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarov və şöbənin digər əməkdaşı Adilə Ağabəyova həmin qadına qarşı ardıcıl təzyiqlər göstərərək, ondan "Təzadlar"da yayılmış məlumatlara dair “təkzib məktubu” imzalamasını tələb ediblər. Qadın əməkdaş bu tələbə qəti şəkildə etiraz edərək, “Bu mənim başıma gəlib, necə deyim ki, olmayıb?” deyə cavab verib. Onun bu mövqeyi gərginliyi daha da artırıb. Ardınca sözügedən rəhbər şəxslərin qadın əməkdaşa qarşı iş yerində mütəmadi sataşmalar, dedi-qodular və psixoloji təzyiqlər göstərdikləri bildirilir. Nəticədə əməkdaşın səhhəti yenidən ağırlaşıb, o, infarkt riski ilə təcili xəstəxanaya yerləşdirilib. Bir neçə tibb müəssisəsi xəstəni qəbul etməkdən imtina etsə də, nəhayət, Mərkəzi Klinik Xəstəxana onun müalicəsini öz üzərinə götürüb. Yaxınlarının sözlərinə görə, qadın əməkdaş son anda ölüm təhlükəsindən qurtulub, əməliyyat olunduqdan sonra evə buraxılıb.
Əməkdaşın ailəsi hazırda “qəsdən sağlamlığa zərər vurma” maddəsi üzrə məhkəməyə müraciət etməyi planlaşdırır. Lakin qadın özü bu addımı atmaqda tərəddüd edir, çünki işdən qovulmaq və dolanışığından məhrum olmaqdan ehtiyatlanır. Amma vəziyyət belə davam edərsə, polis və prokurorluğa şikayət ərizəsi ilə müraciət edilməsi qaçılmaz olacaq. "Təzadlar" məsələni gündəmdə saxlayır.
XXX
Ümumiyyətlə, bir maraqlı məqam diqqəti çəkir: bir tərəfdən institutun elmi katibi olan Bəhmən Faziloğlu direktor Kərim Şükürovun başı üzərindən jurnalistlərə və mediaya təzyiqlər ə təhdidləredir, digər tərəfdən isə, institutun daxilində işçilərə qarşı belə üsullar meydan sulayır... Nə baş verir? AMEA- nın onlarla institutu var, niyə onların heç birində belə hallar yoxdur, amma Tarix və Etnologiya İnstitutunda qalmaqallar silsilə xarakter almaqdadır?!
Ümumiyyətlə, son dövrlərdə Tarix və Etnologiya İnstitutunda qeyri-sağlam iş mühiti, əməkdaşlar arasında təkrarlanan qarşıdurmalar və rəhbərliyin elmi katib səviyyəsində qeyri-etik davranışları adi hala çevrilib. Bu kimi qəsdən təzyiq, qısnama və şəxsi hücum faktları institutun idarəetmə sistemində ciddi çatışmazlıqları üzə çıxarır, akademik mühitin nüfuzuna və elmi fəaliyyətin keyfiyyətinə ciddi zərbə vurur. "Təzadlar" belə halların baş verməməsi üçün bəzi məqamları ictimailəşdirir ki, tədbir görülsün. Niyə o boyda institutun nüfuzu  Bəhmən Faziloğlunun direktor olmaq həvəsinə və arzusuna qurban verilməlidir?
"Təzadlar"
img_5405
(şəkildə: Bəhmən Faziloğlu)
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN