Moskva Vilayət Məhkəməsi piyadaları vuran avtobloqer Hacı Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə REN TV-nin müxbiri məlumat yayıb.

Xatırladaq ki, noyabrın 28-də Odintsovo şəhər məhkəməsi Hacıyevi yanvarın 15-dək həbs edib. Həmin şəxs bu qərardan apellyasiya şikayəti verib və istintaq təcridxanasından videobağlantı vasitəsilə məhkəmə iclasında iştirak edib.

İstintaq qeyd edib ki, noyabrın 16-da federal magistralın Odintsovo yaxınlığındakı ödənişli hissələrdən birində 26 yaşlı “BMW” sürücüsü idarəetməni itirərək yolun kənarında dayanan insanları vurub. Nəticədə, iki nəfər xəsarət alıb.

Hacıyevin özü məhkəmə iclasından əvvəl bildirib ki, zərərçəkənlərə kömək etməyə çalışıb və onları xəstəxanayadək müşayiət edib. Eyni zamanda, bloqerin müdafiəçisi iddia edib ki, Hacıyev zərərçəkənlərə 50 min rubl köçürüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN