Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirildi...
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirdi.
Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qeyd etdi ki, həmrəylik günü Ulu Öndərin təşəbbüsü ilə təsdiq edilmişdir. O, xarici ölkələrdə fəaliyyət göstərən diasporların işi, dünya azərbaycanlıların qurultayları haqqında tədbir iştirakçılarına məlumat verdi. O həmçinin qeyd etdi ki, kitabların insan həyatında böyük rolu var. İnsanların kamilləşməsi, fəzilətə yüksəlməsində kitabxananın böyük əhəmiyyəti olduğunu vurğuladı. Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı, publisist Sevinc Ağa Xəlilqızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışdı və qeyd etdi ki, onun əsərləri xarici ölkələrdə fəaliyyət göstərən diasporalar arasında yayımlanır. O, yaradıcılığında M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın böyük rolunu qeyd etdi, kitabxananı ikinci evi, yüksəliş yeri adlandırdı. Daha sonra qeyd etdi ki, yenicə yazdığı “Füruzədaşının əfsanəsi” əməkdar artist Füruzə İbadovaya həsr olunub. Beynəlxalq Sülh Səfiri, “Dövlət və qanun” qəzetinin təsisçisi və baş redaktoru Yasəmən Möhübbətqızı xalqın birliyini və bu birliyi öz əsərlərində təbliğ edən şair və yazıçıları xüsusi olaraq qeyd etdi. O, Sevinc Ağa Xəlilqızına bu yolda yorulmamağı və uğurlarının çox olmasını arzuladı. Əməkdar artist Füruzə İbadova xalqımızın həmrəyliyindən, mənəvi və mədəni birliyindən, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindənsöz açdı.
Bəstəkar, müğənni Arif Səlimov çıxışını müəllimi Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordeni laureatı Şəfiqə Axundova haqqında davam etdi. Tədbirin bədii hissəsində əməkdar artist F.İbadova ifası ilə tədbiriştirakçılarını sevindirdi, onlara xüsusi zövq verdi. Bəstəkar, müğənni A.Səlimov “Möcüzə qadın” əsərini ifa etdi. Respublika və Beynəlxalq müsabiqələr laureatları İslam Qasımov və Günay Məmmədova birlikdə “Şükriyyə” və “Sarı gəlin”, İslam Qasımov Müslüm Maqomayevin “Azərbaycan”, Mirməqsəd Bayramzadə Polad Bülbüloğlunun “Ey səhər”, “Evləri var xana-xana” mahnılarını ifa etdilər.
Rəssam-dizayner, kitabxananın Fəxri oxucusu Almaz İdrisli Lətifə Məmmədovaya həsr etdiyi rəsm əsərini təqdim etdi.
Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarovaya 60 illik yubileyi münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı təqdim olundu. Y.Möhübbətqızı İ.Qasımovu Fəxri diplomla təltif etdi.
Azərbaycan Respublikasının əməkdar artisti Füruzə İbadovaya həsr olunmuş “Füruzə daşının əfsanəsi” aşağıdakı keçiddə yerləşdirilib:
https://drive.google.com/file/d/1RMWDtI1Pm6B_vrEc4os2WjqbLHj-Tq6w/view?usp=drive_link
Y.Məmmədli