2025-ci ilin ilk günündə minlərlə insan İstanbulda Fələstinə dəstək aksiyası keçirir.
Tezadlar.az xəbər verir ki, bu barədə TRT Haber telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, on minlərlə insan əllərində Türkiyə, Fələstin bayraqları və İsrailin Qəzzadakı hərəkətlərini pisləyən pankartlarla İstanbulda Haliç yaxınlığındakı Qalata körpüsünə gəlib. “Dünən Ayasofya, bu gün Əməvilər, sabah Əl-Əqsa” şüarı ilə keçirilən aksiya 308 qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilib.
Aydınlaşdırılıb ki, hadisənin baş verdiyi ərazidə yolun hərəkət hissəsi bağlanıb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
E.ŞİRİNOV