İstanbul ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin üçün uyğun görüş yeri ola bilər.

Tezadlar.az xəbər verir ki, bunu türkiyəli politoloq, Ankara-Moskva analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer deyib.

O qeyd edib ki, bu şəhər mümkün danışıqlar üçün texniki cəhətdən münasib və dəqiq yerdir, görüşün əsas mövzularından biri anti-Rusiya sanksiyalarının ləğvi olacaq.

“Gözlənilir ki, enerji və maliyyə sahəsində beynəlxalq sanksiyalar ləğv edilməyəcək, lakin Rusiyaya birbaşa uçuşlar kimi bəzi məsələlərlə bağlı sanksiyalar qaldırıla bilər”, – politoloq qeyd edib. O əlavə edib ki, Turiya iki lider arasında görüşə ev sahibliyi etməyə layiqdir.

Bundan əvvəl Tramp Ukrayna münaqişəsinin həlli üçün Putinlə görüşü gözləyəcəyini bildirmişdi. Yeni seçilmiş Amerika lideri bir daha qeyd edib ki, indiki prezident Co Baydenin yerinə dövlət başçısı olsaydı, Ukraynada münaqişənin başlamasına imkan verməzdi.

Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Trampın Rusiya lideri ilə əlaqə ilə bağlı hələlik heç bir impulsları olmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN