Hava qəzasının təhqiqatçıları dekabrın 29-da Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan Jeju Air Boeing 737-800 təyyarəsinin kokpitindəki söhbətləri qeydə alan qara qutudan məlumatları çıxara biliblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Nəqliyyat Nazirliyinin mülki aviasiya departamentinin direktoru Çju Conq Vanqa istinadən yazır.

"Biz səs yazıcısında saxlanılan məlumatların çıxarılmasını başa çatdırdıq və bu gün onun audio fayl formatına çevrilməsi prosesinə başlayacağıq", - Çju Conq Vanq brifinqdə elan edib.

Cənubi Koreya nazirliyi əlavə edib ki, pilotlar ikinci enişdən dərhal əvvəl idarəetmə qülləsi ilə əlaqə saxlayıb, nəticədə, təyyarə hasarla toqquşub və “eniş cəhdi üçün qarşılıqlı razılaşdırılmış proses olub”. Beləliklə, təyyarənin ilk uğursuz enişindən sonra nəzarətçi pilotlara başqa uçuş-enmə zolağına enmə istiqaməti verib.

Uçuşla bağlı texniki məlumatları qeyd edən ikinci qara qutunun korpusuna ziyan dəydiyi də bildirilir. Əvvəlcə məlumatlara təsir etməyib, lakin onların bərpası təxminən bir ay çəkə bilər.

Bundan əvvəl ABŞ aviasiya ekspertləri və “Boeing” nümayəndələri təhqiqata kömək etmək üçün qəza yerinə gəliblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN