Hökumətin qərarına etiraz edən vətəndaşlar artıq 38-ci gündür ki, paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər.
Tezadlar.az Gürcüstan mediaslna istinadla xəbər verir ki, Tbilisidə gün ərzində müxtəlif yerlərdə keçirilən etiraz yürüşləri Rustaveli prospektində birləşib. Hazırda yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Nümayişçilərin əsas tələbləri dəyişməz olaraq qalır - onlar aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını və yeni seçkilərin təyin edilməsini tələb edirlər.
Məlumat üçün bildirək ki, etirazlar hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırılması qərarından sonra başlayıb. Və artıq neçənci dəfədir ölkənin sabiq prezidenti, hansı ki, hələ də özünü de-yure prezident hesab edir, mitinqçilərlə birlikdə olmaqdadır...
A.Məmmədli