...Bakının istismarda olan mövcud darısqal yollarını kəsib parklamalara, velosipedçilərə və yeri gəldi-gəlmədi avtobuslara paylanılmasının nəticəsidir ki, hazırda paytaxtın yollarında həlli mümkünsüz görünən tıxaclarla üz-üzəyik...

"Təzadlar" dəfələrlədir bu barədə jurnalist müşahidələrini təqdim edir, eləcə də təkliflərini də əsirgəmir. Bu səhər YURD-FM-də də qaldırdığımız həmin problemlərə ciddi və hətta deyərdik ki, sərt formada reaksiyanın da şahidi olduq.

 AYNA-nın əsassız olaraq Bakının yollarını daraltmaqla süni tıxaclara bais olması hər yerdə ciddi müzakirə edilir. Vətəndaşları da qınamalı deyil. Dünyanın 30-40 milyonluq paytaxt və ya iri şəhərlərində belə 2 milyonluq Bakı kimi tıxaclara rast gəlinmir... Saatlarla vaxtını tıxaclarda itirənlərin vəziyyətini təsəvvür etmək çətin deyil.

  Beləliklə, artıq görünür ki, AYNA-da da tənqidlərdən nəticə çıxarma var. Məsələn, bu gün apardığımız müşahidələr göstərdi ki, AYNA bir sıra prospekt və küçələrdə səhvini düzəlməkdədir. M.Mehdizadə küçəsində, Xocalı prospektində, Neftçilər prospektində, 28 may küçəsində, eləcə də Parlament prospektində... avtobuslara yersiz olaraq yol ayırıb sürücülərin canını boğazına yığan-cərimələtdirən zolaqlar ləğv edilib. Bəzi yerlərdə isə parklamalar ləğv olunub.

İnanırıq ki, gün ərzində 1-2 velosipedçinin görüntüləndiyi yollardakı maneələr də tezliklə söküləcək, bununla da A.Cəlilov küçəsindəki az qala uzunluğu 1 km-ə çatan tıxac bir az səngiyəcək...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN