Bayden Rusiya nefti daşıyan tankerlərə qarşı yeni sanksiyalar hazırlayır...
Tezadlar.az "Reuters"ə istinadla bildirir ki, Co Bayden administrasiyası Rusiya neftini daşıyan tankerləri hədəf alaraq Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır. Bayden administrasiyası Qərb qiymətindən 60 dollardan yuxarı satılan Rusiya neftini daşıyan tankerlərə sanksiya tətbiq etmək üçün göstəriş də verib. Hansı ki, Rusiya məhdudiyyətləri aşmaq üçün köhnə gəmilərdən ibarət kölgə donanmasından istifadə edir. Gəmiçilik ekspertləri deyirlər ki, bu gəmilərin çoxu daha az təhlükəsizdir və neft dağılmalarına meyllidir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzündən sonra Birləşmiş Ştatlar işğalı maliyyələşdirmək imkanlarını azaltmaq üçün sayının yüzlərlə olacağı təxmin edilən donanmada onlarla belə gəmiyə qarşı sanksiyalar tətbiq edib. "Bu dəfəki isə böyük bir paket olacaq", -mənbələrdən biri belə deyib.
Prezident Co Bayden administrasiyası respublikaçı liderin ABŞ-ın Ukraynaya dəstəyinin həddən çox baha olması ilə bağlı tez-tez edilən şikayətlərini nəzərə alaraq, yeni seçilmiş prezident Donald Tramp da yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl Ukraynaya dəstəyi gücləndirməyə çalışır. Ukrayna isə müharibədə ən az ziyanla qurtulmaq üçün ümidlərini ABŞ-a bağlayıb.
A.Məmmədli