Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur.
Tezadlar.az "Kazaxıstanskaya pravda"ya istinadla bildirir ki, "Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, - deyən Tokayev əlavə edib ki, bugünkü təlatümlü dünyada texnogen və təbii fəlakətlərin sayı artır və bütün dövlətlər, o cümlədən inkişaf etmiş dövlətlər buna hazır deyil, lakin digər ölkələrlə müqayisədə Qazaxıstan fövqəladə hallara cavab vermək baxımından layiqli görünür. “Belə vəziyyətlərdə saniyələr gedir. Xilasedicilərimiz, həkimlərimiz və polislərimiz operativ, koordinasiyalı hərəkət ediblər, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdiriblər. Faciə yerinə yaxın olan Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Yerli sakinlər də kənarda qalmadılar. Vətəndaşlarımızın bu fədakarlığı sayəsində mümkün qədər çox insanın həyatı xilas edilib. Xilasetmə işlərində iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm", - Qazaxıstan Prezidenti vurğulayıb.
Təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. Bundan əlavə, Mülki Aviasiya Beynəlxalq Təşkilatı da daxil olmaqla 17 beynəlxalq ekspert bu işə dəvət olunub.
Hələki günahlar və ittihamlar Rusiyanın üzərində qalmaqdadır... Putin isı baş verənlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə üzrxahlığını bildirib... İlham Əliyev isə bunu günahların yuyulması üçün az hesab edir...
A.Məmmədli